...

"Show time"ın eks iştirakçısı Nərmin Kərimova düzgün həyat tərzi keçirmir - Mr.Tolik

Cəmiyyət Materials 19 Noyabr 2007 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

"Show time" yarışması hər dəfə ayrı-ayrı hadisələrlə, qalmaqallarla yadda qalır. Qalmaqal yaratmağı sevən Mr.Tolik müsabiqənin şərtləri ilə də razı deyil. Adıçəkilən prodüser bununla bağlı fikirlərini TrendLife-la bölüşdü: "Mən bu layihəyə gəldiyim gündən şərtlər, qaydalar dəyişilir. Yarışmanın ilk günü mən üçüncü iştirak etməliydim. Anar Mədətov yarışmaya gecikdiyi üçün birinci mən çıxış etdim. Bir şeyi müşahidə etmişəm ki, müsabiqənin digər üç iştirakçı-prodüseri mənim "başımı yemək istəyir". Elə bil ki, məndən qorxurlar. Oyunda sağlam rəqabət olmalıdır, amma burada sağlam rəqabət yoxdur, olmayacaq da. Bu oyunda necə sağlam rəqabət ola bilər ki, burda hansısa prodüser kiminsə iştirakçısına deyir ki, mənə pul ver səni doqquzluğa salım. Şəxsən məndə həmin prodüserin lent yazısı var. Baxın, iştirakçılarımın səsləri var, pulu yoxdur. Onlar o məbləğdə pulu hardan gətirsinlər? Nə etməliyəm? İştirakçılarım pis yola düşsün?"

Mr.Tolikin sözlərinə görə, yarışmanı izləyən tamaşaçılar hər bir iştirakçının nəyə qadir olduğunu bilməlidir: "Əgər yaşımada bir də haqsızlıq görsəm, şalvarımı yox, tumanımı başıma çəkib hay-həşir salacam. O ki, qaldı Nərmini layihədən uzaqlaşdırmağıma, bunu bilərəkdən etdim. Birincisi, Nərmin bu layihəyə layiq deyil. İkincisi, bu qızcığaz düzgün həyat tərzi keçirmir. Üçüncüsü isə Nərmin mənimlə telefonla danışanda dedi ki, sən bilmirsən mənim arxamda kim dayanıb. Layihədən onu uzaqlaşdırdım, indi bilmək istəyirəm ki, onun arxasında kim dayanıb. TrendLife vasitəsi ilə onu da deyim ki, mənim növbəti hədəfim Namiq Qafarovun iştirakçısı olan Könül Eyvazova olacaq".

Xəbər lenti

Xəbər lenti