...

"Show time" yarışması qalmaqalsız ötüşmür

Cəmiyyət Materials 3 Dekabr 2007 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr/müx. TrendLife Fəridə Məhərrəmqızı/

"Ratio TV"nin təşkilatçılığı ilə "Lider TV"də yayımlanan "Show time" mahnı yarışmasının son buraxılışları prodüserlərin qalmaqalları ilə diqqət çəkir. Xatırladaq ki, müsabiqənin şərtlərinə görə, hər həftənin bazar ertəsi iştirakçılar məharətlərini göstərir, cümə günü onlardan ən az SMS toplayanı layihəni tərk edir. Müsabiqədə prodüserlərin söz davası da elə cümə günü baş verir. Dörd prodüser-Anar Mədətov, Namiq Qafarov, Mr Tolik, Asif Kərimov və onların komandalarının yarışı belə davam edir.

Ötən cümə günü yarışmanın iştirakçı kürsüsündə Mr.Tolikin komandasından olan Səbirə Rəhimova, ekspert kürsüsündə bəstəkar Xanım İsmayılqızı və jurnalist Vüqar Vüqarlı oturmuşdu.

Səbirə haqqında fikrini bildirən Xanım İsmayılqızı onun yaxşı səsə və istedada malik olduğunu desə də, sonuncu ifasından xoşlanmadığını qeyd etdi. Jurnalist-ekspert Vüqarlı isə, gah Səbirənin ünvanına təriflər söylədi, gah da onu tənqid etdi.

Müsabiqənin aparıcısı Aynur Məmmədova Mr.Tolikdən, Səbirə yarışmada qalarsa, layihədən kimi uzaqlaşdıracağını soruşdu. Mr.Tolik həmişəki kimi öz ampluasında idi və Kərimovun komandasından olan Cəmilə Haşımovanın adını çəkli. Bununla da növbəti qalmaqalın əsası qoyuldu. Kərimov Tolikdən açıqlamasına aydınlıq gətirməyi tələb etdi: "Çünki Cəmilə istedadlı iştirakçıdır və Tolik atacağı addımı izah etməlidir". Özündənrazı Tolik "onsuz da, layihənin şərtlərinə görə, kimsə buranı tərk etməlidir. Ürəyim Cəmilənin getməyini istəyir, vəssalam!"-deyə, cavab verdi.

Müsabiqənin sonunda isə, gözləmədiyimiz halda, Səbirə Rəhimova 56 % səs toplayaraq, layihədə qaldı. Bununla əlinə fürsət düşən Mr.Tolik sevincini gizlədə bilmədi və əvvəldən dediyi kimi, Cəmilə Haşımovanı layihədən kənarlaşdırdı.

Xəbər lenti

Xəbər lenti