...

Naxçıvanda yeni cəzaçəkmə müəssisəsi istifadəyə veriləcək

Cəmiyyət Materials 6 Dekabr 2007 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı Trend müxbir K.Zərbalıyeva/ Gələn ilin əvvəlində Naxçıvan Muxtar Respublikasında yeni cəzaçəkmə müəssisəsi istifadəyə veriləcək.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov cümə axşamı jurnalistlərə müsahibəsində bildirib ki, Naxçıvanda inşa olunan qarışıq rejimli müəssisədə istintaq təcridxanası, ümumi və ciddi rejimli, qadın və yeniyetmə məhkumların cəza çəkməsi nəzərdə tutulan korpuslar olacaq. Yeni müəssisədə inşa işləri yekunlaşıb.

Nazir müavini bildirib ki, Penitensiar Xidmətdə aparılan islahatlar çərçivəsində regionlarda bir neçə qarışıq rejimli cəzaçəkmə müəssisəsi tikilməkdədir. Lənkəranda 20 ha ərazidə tikilən qarışıq rejimli müəssisə 1000 nəfər məhkum üçün nəzərdə tutulub. Müəssisə kompleksinə istintaq təcridxanası, ümumi və ciddi rejimli, həmçinin qadın və yeniyetmə məhkumların cəza çəkməsi nəzərdə tutulan korpuslar aiddir.

Şəki şəhərinin girəcəyində 14 ha ərazidə inşa edilən cəzaçəkmə müəssisəsinin də tikintisi davam etdirilir.

Qobustan qəsəbəsində yerləşən həbsxana Qobustan Dövlət Qoruğunun ərazisinə düşdüyündən onun bu ərazidən köçürülməsinə qərar verilib. Qobustan həbsxanasının əvəzinə Bakı şəhərinə daha yaxın ərazidə, Umbakı qəsəbəsi yaxınlığında yeni həbsxananın inşasına başlanılıb.

Yeni həbsxananın layihəsi hazırlanarkən onun Avropa standartlarına tam cavab verməsi nəzərdə tutulub.

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Avropa standartlarına uyğun yeni istintaq təcridxanasının inşası üçün yer ayrılıb.

Azərbaycanda 17 cəzaçəkmə müəssisəsi, bir həbsxana, 3 istintaq təcridxanası, bir tərbiyə müəssisəsi, məhkumlar üçün bir Müalicə Müəssisəsi, 15 məntəqə tipli müəssisə və 14 xüsusi müəssisə var. Bu müəssisələrə 13 cəza növünün icrası həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti