...

İnsan alveri qurbanlarına kompensassiya veriləcək (video)

Cəmiyyət Materials 11 Dekabr 2007 13:45 (UTC +04:00)
İnsan alveri qurbanlarına kompensassiya veriləcək (video)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ İnsan alveri qurbanlarına dövlət tərəfindən kompensassiya veriləcək.

Daxili işlər nazirinin müavini Vilayət Eyvazov çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.

DİN rəsmisi bildirib ki, insan alveri qurbanlarına kömək məqsədilə İnsan Alveri Qurbanlarına Yardım Fondu yaradılacaq. Artıq bu barədə Nazirlər Kabinetinin sərəncamı olduğunu deyən Eyvazov bildirib ki, kompensassiya Fonda müraciət edəcək qurbanlara veriləcək.

Kompensassiyanın məbləğinin hələlik müəyyənləşdirilimədiyini deyən DİN rəsmisi bunun müzakirə mərhələsində olduğunu deyib.

Nazir müavini qeyd edib ki, kompensassiya məbləği gələn ildən fəaliyyətə başlanılması nəzərdə tutulan İnsan Alveri Qurbanlarına Yardım Fondu üçün ayrılacaq vəsaitdən asılıdır.

Eyvazov deyib ki, hələlik Fond üçün maliyyə vəsaiti ayrılmayıb.

Nazir müavini insan alveri qurbanları üçün paytaxtda Sığınacaq Mərkəzinin yaradıldığını, gələn ildən isə regionlarda 4 belə mərkəzin fəaliyyətə başlamasının nəzərdə tutulduğunu deyib.

Bu mərkəzlərdə insan alveri qurbanları 15 gün, zərurət olduqda isə 30 gün reabilitasiyadan keçəcəklər. Azyaşlılar üçün bu müddətlər fərqli müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti