...

Azərbaycan Hüquqşünasları Konfederasiyası qeydiyyata alınıb

Cəmiyyət Materials 14 Dekabr 2007 10:44 (UTC +04:00)

Azərbaycan,Bakı Trend müxbir K.Zərbalıyeva/ Bir qrup hüquqşünas və hüquq sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakı ilə Azərbaycan Hüquqşünasları Konfederasiyası təsis olunub.

Konfederasiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Konfedarasiyadan cümə günü Trend ə bildirilib ki, təşkilatın ilk ümumi yığıncağında Kofederasiyanın sədri və baş katibi seçilib.

Millət vəkili, Məhkəmə-Hüquq Şurasının üzvü Əli Hüseynov AHK-nin sədri, Avrasiya Hüquqşünaslar Assosiyasiyasının sədri Nadir Adilov isə baş katibi seçilib.

Konfederasiyanın əsas məqsədi ümumrespublika səviyyəsində hüquqşünaslar arasında inteqrasiyanı təmin etməklə qanunun aliliyini təbliğ etmək, hüquq peşəsinin inkişafına yardım etmək, hüquqşünasların peşəkar bacarıqlarının artırılması sahəsində fəaliyyət göstərmək və hüquqşünasların fəaliyyətini əlaqələndirmək.

AHK gələn ildə ilk geniş tərkibli Konfransını keçirməyi planlaşdırır. Konfransda AHK-nin İdarə Heyətinə və Nəzarət-Təftiş Komissiyasına üzvlər seçiləcək, katibliyin tərkibi təsdiq olunacaq.

Xəbər lenti

Xəbər lenti