...

Azərbaycan avarçəkənləri yeni mövsümü ölkənin Açıq Kubokunda çıxışla açacaqlar

Cəmiyyət Materials 15 Dekabr 2007 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycan avarçəkənləri yeni mövsümü mart ayının sonunda Mingəçevirdə keçiriləcək ölkənin Açıq Kubokunda çıxışla açacaqlar.

Trend in verdiyi məlumata görə, təqvim planı üzrə məhz bu, yerli idmançılar üçün 2008-ci il turnirləri siyahısında birinci əhəmiyyətli yarış olacaq. Bununla yanaşı, yarışa Rusiya, Gürcüstan, İran və Qazaxıstan avarçəkənlərinin dəvət olunması planlaşdırılır. Eyni zamanda fəxri qonaqlar sırasında Beynəlxalq Kanoe Federasiyasının prezidenti Ulrix Feldxof da olacaq.

Atletlərin birinci beynəlxalq turniri isə aprelin 18-21-də bir çox MDB ölkələri komandalarının iştirakı ilə Rostovda keçiriləcək "Don" qayıq yarışı olacaq. Həmçinin iyun ayında Poznanidə keçiriləcək və lisenziya xarakteri daşıyacaq turnir avarçəkənlər üçün ikiqat məsuliyyət kəsb edəcək.

Xəbər lenti

Xəbər lenti