...

FİDE əvvəlki kimi Qran-Prinin Bakıda keçirilməsində maraqlıdır

Cəmiyyət Materials 17 Dekabr 2007 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ FİDE əvvəlki kimi Qran-Pri mərhələlərindən birinin Bakıda keçirilməsində maraqlıdır.

İki il ərzində altı yarışın keçiriləcəyi şəhərlər yalnız gələn ilin əvvəlində elan olunacaq. Təqvimə müvafiq olararaq, yarışlar aprel, avqust və dekabrda keçiriləcək və digər iri turnirlərin vaxtı ilə üst-üstə düşməyəcək. Türkiyə, Qazaxıstan və digər ölkələr yarışların təşkil edilməsi üçün öz ərizələrini təqdim ediblər, lakin FİDE Qran-Prinin Azərbaycan paytaxtında keçirilməsində son dərəcə maraqlı olduğunu ifadə edib. Belə ki, paytaxt Bakı bu yaxınlarda qadınlar arasında beynəlxalq turnir qəbul edib, bundan əvvəl isə gənclər arasında dünya və Avropa çempionatlarına təşkilatçılıq edib.

Xəbər lenti

Xəbər lenti