Azərbaycan, Bakı, 17 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/
Dekabrın 19-da Muzey Mərkəzində GUAM ölkələrinin iştirakı ilə böyük tədbir keçiriləcək. Bu haqda TrendLife-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva xəbər verib. GUAM ölkələrinin nümayəndələri xüsusi konfrans keçirəcəklər ki, orada da mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq məsələləri üzrə danışıqlar aparılacaq. Tədbirdə əməkdaşlıqla bağlı İnternet saytının təqdimatı da nəzərdə tutulub.