...

Qaradağ rayonunda ana-bala vəhşicəsinə qətlə yetirilib

Cəmiyyət Materials 23 Dekabr 2007 19:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Qaradağ rayonunda ana-bala vəhşicəsinə qətlə yetirilib. Qaradağ rayon polis idarəsindən bazar günü "Trendə" verildiyi məlumata görə,dekabrın 21-dən 22-nə keçən gecə rayonun Puta qəsəbəsində Məmmədquliyeva Qətibə Məmmədqulu qızının və onun qızı Əcəmova Leyla Həciəli qızının meyitləri aşkarlanıb. İlkin araşdırma zamanı məlum olub ki, ana-bala bıçaqla qətlə yetirildikdən sonra, yaşadıqları ev, qətli törədən şəxs tərəfindən, yandırılıb.

Qaradağ rayon prokurorluğun və polis idarəsinin birgə əməliyyət-axtarış tədbirləri nəticəsində Puta qəsəbəsinin 26 yaşlı sakini Hüseynov Şahin Ağamirzə oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun barəsində Qaradağ rayon Prokurorluğunda, Cinayət məcəlləsinin "iki və daha çox şəxsi qəsdən öldürülmə" (120.2.7) maddəsi ilə cinayət işi başlanılıb.

Məlumata görə, Şahin Hüseynov Qətibə Məmmədquliyevanın yaxın qohumudur və qətli qısqanclıq zəmində törədib.

Xəbər lenti

Xəbər lenti