...

"Leyli və Məcnun" operası Misirdə tamaşaya qoyulacaq

Cəmiyyət Materials 24 Dekabr 2007 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

2008-ci ilin əvvəllərində "Leyli və Məcnun" operasının yubileyinə həsr olunmuş bir sıra tədbirlər keçiriləcək. Hamıya məlumdar ki, operanın müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyovdur. Xatırladaq ki, tədbirlər tək Azərbaycanda deyil, həmçinin Misirdə də təşkil olunacaq. Belə ki, adıçəkilən ölkədə "Leyli və Məcnun" operası tamaşaya qoyulacaq. Bu haqda TrendLife-a mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xəbər verib.

Onu da qeyd edək ki, bu il Misirdə F.Əmirovun "Min bir gecə" baleti nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti