...

Fuad Poladov "Afinalı Timonu" oynayacaq

Cəmiyyət Materials 24 Dekabr 2007 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /müx. TrendLife Günel Əhmədova/

2007-ci ilin son ayları aktyor Fuad Poladovun yaradıcılıq həyatında gərgin keçib. Xalq artistinin TrendLife-a etirafına görə, çalışdığı İbrus Teatrının təhvil verdiyi "Buininin son döyüşü" böyük kollektiv zəhməti tələb edib. Gərginliyin bir hissəsi də tamaşanın təqdimatının sərhəddən kənarda keçirilməsi olub:

"Bir müddət əvvəl Mahaçqalada rus teatrlarının festivalı keçirilirdi. Festival təşkilatçılarının istəyi ilə, biz həmin tamaşa ilə təqdimat mərasimi keçirdik".

Akyorun söhbəti zamanı bəlli oldu ki, teatr kollektivi daha bir səfərini başa vurub. Fransanın Marsel şəhərində fəaliyyət göstərən Dünya Teatrlarının Araşdırmaları İnstitutunun dəvəti ilə truppa "Arabir görüşməyə kişi axtarıram" və "Əlvida cənub şəhəri" tamaşası ilə çıxış edib.

2008-ci ilin planlarından danışan aktyor əlavə etdi ki, yaxın aylarda oynayacağı tamaşa teatr tarixinə böyük hərflərlə yazılacaq. Aktyorun məlumaına görə, bu, Şekspirin "Afinalı Timon" əsəri əsasında hazırlanacaq tamaşıdır və pyes bu günə kimi keçmiş SSRİ məkanının heç bir sənət ocağında səhnələşdirilməyib. Teatr əsərində baş rola təsdiq olunduğunu diqqətə çatdıran aktyor məşqlərin gələn ayın sonları başlayacağından xəbər verdi.

Bunun ardınca, İbrus Teatrı qastrol səfərinə yola düşəcək. Poladov bildirdi ki, martda İbrus-un kollektivi Moskvada keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək. Növbəti ayda isə. daha bir tamaşa ilə Sankt-Peterpurqda keçirilən festivala qatılacaqlar.

Xəbər lenti

Xəbər lenti