Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ "Neftçi" futbol klubunun yeni baş məşqçisi Anatoliy Demyanenko özünün birbaşa vəzifələrinə yanvarın 9-dan başlayacaq.
Trend in verdiyi xəbərə görə, komandanın yeni sükançısı Ukraynadan Bakıya məhz bu gün gələcək. O, Ukraynada öz işlərini qaydaya salır. Bir qədər əvvəl baş məşqçi vəzifəsində çex Vlastimil Petrjelanı əvəz edən Demyanenko klub rəhbərliyi ilə görüşmək və futbolçularla tanış olmaq üçün bir günlük səfərlə paytaxta gəlib. Bununla yanaşı, yeni məşqçinin heyəti gücləndirmək üçün birinciliyin ikinci dövrəsi ərəfəsində "Neftçi"yə Ukraynadan oyunçular dəvət edəcəyi istisna deyil.
Qeyd etmək lazımdır ki, klub turnir cədvəlində üçüncü yerdədir və lider "Olimpik"dən altı xal geri qalır.