...

Lənkəranda yeni doğulan uşaqların sayı azalıb

Cəmiyyət Materials 17 Yanvar 2008 15:59 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 17 yanvar / Trend , müxbir P.Əliyeva/ Lənkəran şəhərində ilin ilk ayında yeni doğulan uşaqların sayı azalıb. Lənkəran rayon Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyatı İdarəsindən cümə axşamı Trend ə bildiriblər ki, ötən ilin yanvarın 17-dək şəhərdə 78 körpə doğulubsa, bu il yeni doğulan uşaqların sayı 48-ə enib.

Məlumata görə, yanvar ayında Lənkəranda 24 nigah qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 nigah azdır.

Xəbər lenti

Xəbər lenti