Azərbaycan, Bakı, 29 yanvar /müx. TrendLife Günel Əhmədova/
"Muğam müsabiqəsi-2007"nin 6 finalçısı konsert verəcək. Konsertin Opera və Balet Teatrında fevralın 1-də keçirilməsi planlaşdırılır. AzTV-nin Musiqi və əyləncəli proqramlar redaksiyasının baş redaktoru Nadir Axundovun TrendLife-a bildirdiyinə görə, finalçıların proqramı hazırlanır. Qeyd edək ki, Güllü Muradova, Elməddin İbrahimov, Abgül Mirzəliyev, Ehtiram Hüseynov, Nasir Ətapur və Rəvanə Ərəbova müsabiqənini altı finalçısıdır.