...

"AzərReyl" oyunçularını icarəyə verməkdə davam edir

Cəmiyyət Materials 15 Fevral 2008 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 fevral / " , müxbir Z.Səfərov/ Qadınlardan ibarət "AzərReyl" voleybol klubunun rəhbərliyi oyunçularını icarəyə verməkdə davam edir.

Karyeralarını "Fənərbaxça"da davm etdirən kapitan Oksana Quliyeva və libero Valeriya Korotenko komandanı tərk etdikdən sonra növbə ukraynalı legioner Olqa Andryusenkoya çatıb. Çempionlar liqasının qrup mərhələsində dəmiryolçuların ən yaxşı bombardiri olan idmançı mövsümün sonuna qədər Çexiya klublarından birində çıxış edəcək. İcarə müddəti bitdikdən sonra o, yenidən "AzərReyl"in düşərgəsinə qayıdacaq.

Oyunçuların icarəyə verilməsi Faiq Qarayevin yetirmələrinin Çempionlar liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməməsi ilə əlaqədardır. Klub yarışı qrup mərhələsinin yekunu üzrə sonuncu yerdə başa vurub.

Xəbər lenti

Xəbər lenti