Azərbaycan, Bakı, 21 fevral /müx. TrendLife Eldar Hüseynzadə/
"Bu şəhərdə"nin konsert proqramını izləmək istəyənlərin sayı o qədər çoxdur ki, proqamın vaxtı bir gün də uzadıldı. Bu məlumatı TrendLife-a prodüser Müşfiq Abbasov bildirib. Onun sözlərinə görə, martın 9-na kimi davam edəcək konsert proqramında müxtəlif parodiyalar tamaşaçılara təqdim olunacaq.
Qeyd edək ki, hazırda konsertə biletlər kassadan kənarda 100 manata satılır.