...

Daxili işlər orqanlarının 199 əməkdaşı cəzalandırılıb - Azərbaycan Ombudsmanı

Cəmiyyət Materials 4 Mart 2008 15:07 (UTC +04:00)
Daxili işlər orqanlarının 199 əməkdaşı cəzalandırılıb - Azərbaycan Ombudsmanı

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir İ.Əlizadə/ Ötən il daxili işlər orqanlarının 199 əməkdaşı barəsində ciddi intizam tənbehi və qanunvericiliklə nəzərdə tutulan digər tədbirlər görülüb.

Bu barədə Ombudsman Elmira Süleymanova Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında 2007-ci ilin yekunları ilə bağlı hesabatında məlumat verib.

Ombudsman bildirib ki, daxili işlər orqanlarında vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, döymə, sürücülərin hüquqlarını pozma kimi insan hüquqlarının pozulması ilə bağlı 144 fakt aşkarlanıb.

Süleymanovanın sözlərinə görə, bununla əlaqədar daxili işlər orqanlarının 8 əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib, 56 əməkdaş orqanlardan xaric edilib, 18 nəfər tutduğu vəzifədən azad olunub, 153 nəfərə isə digər intizam tənbehləri tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti