Azərbaycan, Bakı, 11 mart /müx. TrendLife Eldar Hüseynzadə/
Dirijor Fəxrəddin Kərimov martın 10-dan 23-nə qədər Türkiyədə səfərdə olacaq. Səfər çərçivəsində iki konsert nəzərdə tutulub. F.Kərimov Antaliyada Dövlət Simfonik Orkestri ilə birgə çıxış edəcək. Gecədə Şestakoviçin beşinci simfoniyası, Bramsın, Lyadovanın əsərləri səslənəcək.
Qeyd edək ki, bu, F.Kərimovun adıçəkilən orkestr ilə ilk çıxışı deyil.