...

Azərbaycanda məhkumlar arasında 200-ə yaxın QİÇS daşıyıcısı var

Cəmiyyət Materials 12 Mart 2008 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda məhkumlar arsında 200-ə yaxın QİÇS və HİV daşıyıcısı var.

Trend un məlumatına görə, bu barədə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov çərşənbə günü jurnalistlərə açıqlamasında məlumat verib.

Nazir müavini bildirib ki, bu virus daşıyıcılarının digər məhkumların təzyiqlərindən qorunması məqsədilə onlar barədə məlumatlar gizli saxlanılır.

QİÇS-lə Mübarizə Mərkəzinin bir neçə gün qabaq yaydığı bəyanatda məhkumlar arasında bu xəstəliyin geniş yayılmasından narahatlıq bildirilib. Bəyanatda QİÇS daşıyıcısı olan məhkumların əksəriyyətinin narkoman olduğu vurğulanıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təkcə 2007-ci il ərzində dünyada 2,5 milyon insan HİV-ə yoluxub və hal-hazırda dünyada HİV/AİDS-lə yaşayan insanların sayı 33,2 milyon təşkil edir. AİDS-dən vəfat edən insanların sayı son iki il ərzində azalmış və 2007-ci ildə 2,1 milyon nəfər təşkil edib.

2007-cı ildə Azərbaycanda 441 yeni HİV-ə yoluxma faktı qeydiyyata alınıb. ötən il AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 48 nəfər olub.

Respublika QİÇS-lə Mübarizə Mərkəzində 1987-2007-cı illər ərzində cəmi 1379 nəfər şəxsdə HİV-ə yoluxma faktı qeydə alınıb.

1320 nəfər HİV-ə yoluxmuş şəxsdən 209 nəfərininRespublikadan kənarda yoluxduğu müəyyənləşdirilib.

1992-2007-cı illər ərzində 416 ailədə HİV-ə yoluxma faktı qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti