...

AzərbaycanınOmbudsmanı Almaniyanın Konrad Adenauer Fondunun nümayəndəsini qəbul edib

Cəmiyyət Materials 17 Mart 2008 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend / Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Almaniyanın Konrad Adenauer Fondunun nümayəndəsi Katya Kristina Plate Leyterini qəbul edib. Bu barədə bazar ertəsi Trend a Qurumun mətbuat xidmətindən daxil olan məlumatdabildirilir.

Fondun təmsilçisi çalışdığı qurum haqqında ətraflı məlumat verib və qeyd edib ki, K.Adenauer Fondu maarifləndirmə təşkilatı kimi, dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərir. Ombudsman qonağı təsisatda hazırlanmış hüquqi nəşrlərlə tanış edib. O, treninq vəsaitlərinin və birgə çap materiallarının hazırlanması, Müvəkkilin Regional Mərkəzlərinə texniki yardım göstərilməsi, media nümayəndələri üçün jurnalist etikası və dözümlülük üzrə treninqlər keçirilməsi və digər məsələlər üzrə K.Adenauer Fondu ilə əməkdaşlıq təklifləri ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti