...

"Gülüş ulduzu"nun 14 iştirakçısının adı bəlli oldu

Cəmiyyət Materials 19 Mart 2008 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /müx. TrendLife Şahin Cavadsoy/

Bu gün "Qarabağ" kino-teatrında baş tutan son seçim turunda, "X production"la "Xəzər TV" -nin birgə layihəsi olan "Gülüş Ulduzu" müsabiqəsinin 14 iştirarçısının adı açıqlandı. Təşkilat komitəsinin və münsiflər heyətinin yekun qərarına əsasən, yarışmaya vəsiqə alanların sayı 10 nəfər yox, 14 oluıb. Ötən xəbərlərimizdən də məlum olduğu kimi "Gülüş ulduzu" olmaq üçün 300-dək namizəd sənəd təqdim etmişdi. Həmin şəxslər ayrı-ayrılıqda istedadlarının nəyə qadir olduğunu sübuta yetirmək üçün dörd münsif- xalq artisti Afaq Bəşirqızı, "Pantomim" teatrının rəhbəri və baş rejissoru Bəxtiyar Xanızadə, Musiqili Komediya, eləcə də "Planet Parni iz Baku" KVN teatrının aktyoru Elçin Həmidov və "X production"ın baş direktoru Tofiq Məmmədovun qarşısında, sözün əsl mənasında, imtahan verdilər. Münsiflər heyətinin rəhbəri Afaq Bəşirqızı, üç gün ərzində davam edən gərgin sınaqların nəticəsi kimi, TrnendLife-a bunları söylədi: "Həddindən artıq istedadlı gənclər arasında biz 14 iştirakçının adını müəyyənləşdirməyə müvəffəq olduq. Deyim ki, bu iştirakçılar arasında 3-4 favoritim var. Qoy "Gülüş ulduzu" olmaq istəyən bu gənclərin hər biri bilsin ki, təkcə tamaşaçılardan gələcək SMS-lər rol oynamayacaq. Şəxsən öz adımdan deyə bilərəm ki, istedadlının turdan-tura keçməsi üçün var gücümlə çalışacağam. Əminəm, üç münsif həmkarım da bu işdə öz köməyini əsirgəməyəcək".

Digər münsiflər də Afaq xanımın fikirlərini yekdilliklə dəstəklədiklərini söylədilər.

Nə səbəbdən iştirakçıların sayı 14 nəfərə çatdırıldı sualına isə, "X production"ın icraçı direktoru İsmayıl Həsənov cavablandırdı: "Gözəl sənətkarımız Afaq Bəşirqızı başda olmaqla, münsiflər heyətinə daxil olan üç münsifin qərarına görə, biz iştirakçıların sayını artırdıq. Bu o deməkdir ki, müsabiqə başlayandan sonra dörd həftə ərzində, iki iştirakçı yarışmanı tərk edəcək. Amma bir ay bitdikdən sonra, yenidən hər həftə ən az səs toplayan iştirakçı müsabiqədən ayrılacaq. Sözsüz ki, münsiflərin imkanı olacaq ki, onlar seçib-bəyəndikləri bir iştirakçıya "toxunulmazlıq" titulu da versinlər. Bu titul hər həftə bir iştirakçının payına düşə bilər".

İndi isə martın 21-dən etibarən məşqlərə başlayacaq 14 iştirakçının adlarını açıqlamaq istərdik:

Faiq Hüseynov

İslam Mehrəliyev

Elşad Yusubov

Faiq Ağamalıyev

Elmir Nəsirov

Könül Nəcəfova

Mehdi Səfa

Rəşid Orucov

İsmayıl Həmidov

10. Ramil Abdullayev

11.Seymur Vəliyev

12. Amil Əliyev

13. Səbuhi Bayramov

14. Rövşən Təhməzov

Martın 28-də, əsas mükafat olan avtomobilə sahib olmaq üçün iştirakçılara ayırılan SMS nömrələri bilinəcək və bu finalçılar 1 aprel Gülüş Günündən başlayaraq, "Xəzər TV"nin canlı efirində doqquz həftə ərcində tamaşaçılarla görüşə gələcəklər. Yarışmadaxili mübarizələrdən, qruplaşmalardan isə, hər dəfə TrendLife sizlərə maraqlı xəbərlər çatdıracaq.

Xəbər lenti

Xəbər lenti