...

Min beş yüzə yaxın azərbaycanlı xaricdə sığınacaq istəyib

Cəmiyyət Materials 20 Mart 2008 19:39 (UTC +04:00)
Min beş yüzə yaxın azərbaycanlı xaricdə sığınacaq istəyib

Azərbaycan, Bakı, 20 mart / Trend müxbir E.Hüseynov / Təxminən min beş yüzə yaxın azərbaycanlı 2007-ci ildə xaricdə sığınacaq istəyib. Buda, keçən ilə nisbətən 41 faiz azdır. Bu barədə məlumat BMT-nin qaçqənlarla iş üzrə Ali komissarlığı İdarəsinin "İndustrial inkişaf olunmuş ölkələrdə sığınacaq istəyi səviyyəsi və tendensiyası" ("Asylum Levels and Trends in Industrialized Countries 2007") adlı mərüzəsində öz əksini tapıb.

2007-ci ildə Rusiyada sığınacaq istəyənlərin sayı 18.8 min nəfər olub, çoxunu çeçenlər təşkil edib. Beləlikldə Rusiya İranı qabağa buraxıb ikinci yeri tutub. Bunlarla yanaşı, sığınacaq istəyi ilə müraciət edənlər arasında Çin (17.1 min), Serbiya (15.4 min) və Pakistan (14.3 min). insan müraciət edib.

2007-ci ildə xaricdə sığınacaq istəyənlərin sayı Ermənistanda - 3.9 min nəfər olub (bu da 2006-ci ilinən müqaisədə 6 faiz azdır), Gürcüstanda 4 min nəfər (11 faiz çoxdur), 1.76 min Moldova vətəndaşı (mənfi 31 faiz), 1.5 min Ukraynanın vətəndaşı (mənfi 31 faiz), 1.3 min Belorusiya vətəndaşı (mənfi 30 faiz).

Mərüzənin hesablamalarına əsasən, 2007-ci ildə industrial inkişaf etmiş ölkələrin vətəndaşlarından qaçqın statusunu alanların sayı 2006-cı ilinən müqaisədə 10% qalxıb. Bundan qabaq anoloji müraciətlərin sayı düşürdü. Ümumiyyətlə müraciət edənlərin sayı 338 min nəfərə çatıb.

Qaçqınlar çox vaxtı ABŞ üz tuturdular (14.5 faiz müraciət edib), Sveçrədə (10.7 faiz), Fransa (8.6 faiz), Kanada (8.4 faiz) və Böyük Britaniya (8.2 faiz). Beləliklə, belə müraciətlər 51 ölkədən 25-nə az miqdarda daxil olurdu - Avstriya, Almaniya, Fransa və ABŞ ölkələrindən müraciət edənlərin sayı xeylə azalmışdır. Amma Yunanıstanda, Türkiyədə, Polşada və Sveçrədə sığınacaq istəyənlərin sayı xeylə artmışdır. Bu barədə Washington ProFile xəbər verir.

Xəbər lenti

Xəbər lenti