...

Mən türk şou-biznesinin cığırına düşmüşəm - Röya

Cəmiyyət Materials 29 Mart 2008 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart/ Trend / Günel Əhmədova

Türkiyədə isminin artıq tanındığını iddia edən Röya tezliklə daha bir debütə hazırlaşır. Onun TrendLife-a bildirdiyinə görə, "Popstar Alaturka"dan sonra onun növbəti çıxışı Kral TV-də nəzərdə tutulub. Bu addımının da uğurla atılacağını indidən yəqin edən müğənni çıxışın iki aydan sonra rerallaşacağını söylədi. Artıq özünü türk şou-biznesinin cığırında hiss edən müğənni belə bir açıqlama verdi: "Sonuncu çıxışıma qədər bilmridim ki, qonşu ölkədə sənət adamları daha başqa şeylərə önəm verirlər. Yəni orada sənətçinin başından dırnağına kimi hər şey diqqət mərkəzində olur. Sənin geyiminin markası, aksesuarların bir-birini tamamlamalıdır. Yoxsa sənin ifan möhtəşəm olsa belə, reytinqləri qıra bilməyəcəksən. Sizə bir hadisəni danışım. "Popstar Alaturka"ya çıxmağıma bir qədər qalmış səhnə arxasında dayanıb verilişin başlamasını gözləyirdim. Bu vaxt Ebru Gündeş yanımdan keçdi və yanındakına belə bir söz dedi - "Geyimi Diordandır. Fransada məşhur dükanların birində manikendə idi. 15 min avroya satılırdı". Onun bu fikrindən sonra qətiləşdirdim ki, burada birinci önəm geyimə verilir. Artıq həmin xətti tutaraq irəliləməyə başlamışam".

Müğənninin əlavəsinə görə, onun artıq neçə aydır istifadəçisi olduğu məşhur türk saytlarından biri ilə özünə yüzlərlə dost tapıb. Lakin həmin sayt pullu xidmətə söykəndiyindən, eyni zamanda istənilən şəxsin ondan istifadəsi mümkünsüz olduğundan hələlik Röyanın dedikləri ilə qane olduq. Müğənni bildirdi ki, həmin sayta üzv seçilib və artıq 200-dən çox türk prodüserləri və şirkət nümayəndələri ona müraciətlər göndəriblər. Müğənniyə imzasının Türkiyədə tanındığını iddia edən həmin şəxslər onu məşhurlaşdırmaq istiqamətində təkliflərini göndərməkdə davam edirlər. Əvvəllər buna tərəddüd edən Röya artıq özünu qardaş ölkədə tanıtmağa qərarlıdır.

Xəbər lenti

Xəbər lenti