...

Astanada müsəlman və qərb ölkələri XİN rəhbərlərinin "Ümumi dünya: müxətliflik yolu ilə tərəqqi" forumu keçiriləcək

Cəmiyyət Materials 31 Mart 2008 20:16 (UTC +04:00)

Qazaxıstan, Astana, 31 mart/ " müxbir K.Konırova/ Oktyabrın 17-də Astanada müsəlman və qərb ölkələri XİN rəhbərlərinin "Ümumi dünya: müxtəliflik yolu ilə tərəqqi" forumu keçiriləcək. Bu barədə Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Erjan Aşikbayev bazar ertəsi brifinqdə məlumat verib.   

Forumun hazırlanması üçün aprelin 2-3-də Astanada Ali Nümayəndələr Qrupunun (Reflection Group) iclası keçiriləcək. İclasın məqsədi qarşıdakı foruma dair məsələlərin müzakirə edilməsidir.

"Reflection Group-un qarşıdakı iclasında yüksək iştirak səviyyəsini qeyd etmək lazımdır. İclasda Avstriya, Bəhreyn, Böyük Britaniya, İspaniya, Qətər, Pakistan, Polşa, Rusiya, Slovakiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Fransa, İsveç və digər ölkələrin nümayəndələri iştirak edəcəklər", - Aşikbayev bildirib.

İclasın işində Reflection Group-un ispaniyalı həmsədri Federiko Mayor Saraqosa, Avropa Şurası Parlament Assambleyasının keçmiş baş katibi Valter Şvimmer və digər məşhur siyasətçilər iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti