...

Azərbaycanın üç sərbəst güləşçisinin AÇ-da qələbə şansı var

Cəmiyyət Materials 1 Aprel 2008 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , Z.Səfərov/ Azərbaycanın üç sərbəst güləşçisinin Tamperdə keçirilən Avropa Çempionatında bürünc medal qazanmaq şansı var.

Yarışmanın ilk günündən Emin Əzizov ( 66 kq) turniri uğurla başlayıb, macar Şandor Tozer və moldovalı Dmitri Sirbo ilə görüşdə qələbə əldə edərək, dörddəbir finala vəsiqə qazanıb. Bu mərhələdə Emin polyak Adam Sobiraşadan güclü olub, yarımfinala çıxıb və gürcü Kobe Kakaladzeyə məğdub olub. Bununla da o, "bürünc" uğrunda mübarizə şansı əldə edib. Yarımfinalda digər milli pəhləvanlar - Novruz Temrezov ( 84 kq) və Əli İsayev ( 120 kq) məğlub olaraq, üçüncü yer şanslarını qoruyurlar.

Avropa Çempionatı lisenziya xarakteri daşıyır və onun qalibləri Pekin Olimspiadasına vəsiqə qazanırlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti