...

Azərbaycan beynəlxalq təşkilatların təzyiqi altında jurnalistlərin əfv olunmasına dair qərar qəbul etmək niyyətində deyil – Prezident Aparatının şöbə müdiri (video)

Cəmiyyət Materials 7 Aprel 2008 12:28 (UTC +04:00)
Azərbaycan beynəlxalq təşkilatların təzyiqi altında jurnalistlərin əfv olunmasına dair qərar qəbul etmək niyyətində deyil – Prezident Aparatının şöbə müdiri (video)

Azərbaycan, Bakı, 07 aprel / " , müxbir K.Ramazanova/ Azərbaycan hökuməti beynəlxalq təşkilatların təzyiqi altında jurnalistlərin əfv olunmasına dair hər hansı bir qərar qəbul etmək niyyətində deyil.

"Biz jurnalistləri beynəlxalq təşkilatların tələbi ilə əfv etmirik. Biz bunu Mətbuat Şurası və Azərbaycanın jurnalist təşkilatlarının xahişi ilə, jurnalistəlirin düzgün yola qayıdacağı ümidi ilə edirik" - deyə bazar ertəsi Bakıda Azərbaycanın Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Azərbaycanda üç jurnalist - "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, onun qardaşı, qəzetin əməkdaş Mirzə Sakit və "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev həbsdədir.

Həsənov keçirilən aclıq aksiyasını əsassız adlandıraraq qeyd edib ki, Azərbaycanda KİV-lə bağlı vəziyyət aclıq edən jurnalistlərin təsvir etdiklərindən vəziyyətdən uzaqdır. "Biz jurnalistlərin məqsədlərinə çatmaq üçün aclıq aksiyası keçirməsinə qarşıyıq" - deyə Həsənov bildirib.

12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev martın 26-dan aclığa başlayıb. Baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa buraxılmasını, Avropa Şurası və ATƏT-in siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını tələb edir.

Aksiyaya dəstək məqsədi ilə jurnalistlər, siyasi partiyalar və ictimai təşkilatların nümayəndələri, deputatlar da aclıq aksiyası keçirirlər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti