...

Azərbaycanda Qafqazın ən yüksək zirvəsində meteoroloji stansiya tikiləcək – nazir

Cəmiyyət Materials 18 Aprel 2008 12:51 (UTC +04:00)
Azərbaycanda Qafqazın ən yüksək zirvəsində meteoroloji stansiya tikiləcək – nazir

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir C.Babayeva/ Azərbaycanda Qafqazın ən yüksək zirvəsində meteoroloji stansiyanın tikilməsi barədə qərar qəbul olunub. Bu barədə cümə günü Bakıda jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov məlumat verib.

Onun sözlərinə görə, meteoroloji stansiya Tufan və ya Şahdağ silsiləsində 3200 metr hündürlükdə quraşdırılacaq.

"Bu stansiya vasitəsilə hər həftə buzlaqların böyüyüb-kiçilməsi barədə mütəmadi məlumatlar əldə olunacaq. Bu proses qlobal müşahidələrdə çox vacib məsələdir. Həmin ərazilər "iqlim mətbəxi" olduğuna görə, xaricdən gələn iqlim təsirləri orada formalaşır və həmin məntəqə vacib məlumatları əldə etməyə imkan verəcək", deyə nazir bildirib.

Nazirin sözlərinə görə, son zamanlar Azərbaycanda meteoroloji proqnozların dəqiqliyi artıb.

"Dəqiqliyin artması beynəlxalq əlaqələrin genişlənməsi, iri metroloji mərkəzlərlə sıx əlaqələr, Avropa, Türkiyə və Amerikanın meteoroloji peyklərindən əldə olunan xəritələrin mütəmadi alınması, mövcud müşahidə məntəqələrinin yenidən qurulması ilə əlaqədardır", deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti