...

Azərbaycanlı politoloqa 4 il iş verilib

Cəmiyyət Materials 18 Aprel 2008 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanlı politoloqa cümə günü məhkəmənin hökmü ilə 4 iş verilib. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, rəsmi sənədləri saxtalaşdırmada günahkar bilinən politoloq, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin direktoru Rövşən Novruzoğlu son sözündə elan olunmuş ittihamlarda özünü təqsirli bilməyib və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Məhkəmə Novruzoğlunu ona elan olunan ittihamlarda təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.

Prokuror ona 9 il iş verilməsini xahiş etmişdi.

Novruzoğlu Cinayət Məcəlləsinin hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma (320.1-ci), (bilə-bilə saxta sənədlərdən istifadə etmə (320.2-ci), vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə (310-cu) maddələrilə ittiham olunub.

Bakı Şəhər İcra hakimiyyətinin Baş Prokurorluğa təqdim etdiyi sənədlər əsasında Novruzoğlu barəsində Nəsimi rayon məhkəməsi tərəfindən ötən il iyulun 13-də həbs qətimkan tədbiri seçilib. Məlumata görə, Novruzoğlu özünü baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin və prokurorluğun əməkdaşı kimi təqdim edərək dələduzluqla məşğul olub.

Novruzoğlu ölkədə daha çox iqtidarın mövqeyini müdafiə edən politoloq kimi tanınıb.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti