...

Vətənimdə pulsuz konsert vermək istəyirəm – müğənni Xədicə Abbasova

Cəmiyyət Materials 24 Aprel 2008 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /müx.TrendLife Şahin Cavadsoy/

İllərdən bəri qonşu Türkiyədə fəaliyyət göstərən mərhum bəstəkar Emin Sabitoğlunun həyat yoldaşı - müğənni Xədicə Abbasova doğma vətəni Azərbaycanda konsert vermək istəyir. Həm də pulsuz-parasız. Bu barədə sənətçi Türkiyənin "Star" tele-kanalında yayımlanan "Arım-balım Pətəyim" verilişində qonaq olarkən söyləyib. Aparıcı Petek Dinçözün suallarına cavab verən Xədicə xanım, ilk əvvəl nə səbəbdən konsert proqramları ilə çıxış etməməsinə aydınlıq gətirib: "Bir ara sənətdən uzaq düşdüyümə görə, yaradıcılığımı demək olar ki, dondurmuşdum. İndi bəzi layihələr üzərində işləməkdə qərarlıyam. Sözsüz ki, bura konsert proqramı ilə çıxış etmək də daxildir. Amma müjdəli xəbərimlə birinci həmyerlilərimi sevindirmək niyyətindəyəm. Yəni, vətənimdə pulsuz konsert vermək istəyirəm. Danışıqlar getdiyindən hələ konkret vaxt bilinmir. Çox güman ki, bakılıların görüşünə yay aylarında yollanacağam".

Xəbər lenti

Xəbər lenti