...

Azərbaycan hokkeyçilərinin rəqibləri məlum oldu

Cəmiyyət Materials 28 Aprel 2008 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanın otüstü hokkey üzrə qadınlardan ibarət "Atasport" komandasının mayın 9-da Almaniyanın Köln şəhərində başlayacaq Avropa Çempionlar Kubokundakı rəqibləri məlum olub. Bu barədə Trend a bazar ertəsi Azərbaycan Ötüstü Hokkey Federasiyasının (AHF) mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev məlumat verib.

Azərbaycanın qadınlardan ibarət otüstü hokkey yığmasının da əsasını təşkil edən "Atasport" Almaniyadakı yarışda mayın 9-da "Volqa Telekom" (Rusiya), 10-da "Şeulyay" (Macarıstan), 11-də isə "Herto Genbaş" (Almaniya) ilə qarşılaşacaq.

Turnirin oyunları iki qrupda keçiriləcək. "Atasport" A qrupunda yer alıb. Qrup birincisi olanlar qalib adı uğrunda, qrupda 2-ci yeri tutanlar isə üçüncülük uğrunda mübarizə aparacaq. Yarış mayın 12-də başa çatacaq.

Azərbaycanın qadın hokkeyçiləri yaxınlarda Bakıda keçirilən Olimpiadaya lisenziya xarakterli turnirin finalında İspaniya yığmasına 2:3 hesabıyla uduzub.

Qadınlarla yanaşı kişi hokkeyçilərdən ibarət "Atasport" klubu da beynəlxalq turnirdə qüvvəsini sınayacaq. Bu, 3-cü dərəcəli sayılan "Çelens" turniridi. Kişi hokkeyçilərin yarışı mayın 8-dən 11-dək Sloveniyanın Bratislava şəhərində keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti