Azərbaycan, Bakı, 12 may /müx. TrendLife Günel Əhmədova
Bəstəkar İsmayıl Əsədovun bir neçə yeni mahnıları üzərində çalışan müğənni Natəvan Həbibi repertuar hazırlığının səbəblərini TrendLife-a danışıb. "Nəhayət, bu il solo-konsert təqdim etmək istəyirəm". Müğənninin məlumatına görə, hazırlıqlarına başladığı musiqili proqram payız aylarında həllini tapacaq.
Bir sıra təşkilatçılardan təkliflər alan Natəvan Həbibi nəhayət, təkrarı olmayan yeni layihəyə imzasını atmaq niyyətindədir. Lakin müğənni seçim etməkdən tərəddüd edir. Layihənin maraqlı və tutumlu olmasını arzulayan müğənni onun həlli üçün tələsmədiyini söylədi. Əlavə etdi ki, konsert layihəsi bunun üçün ona stimul verəcək.