...

Cingiz Kurdoğlu Bakıda konsert verdi

Cəmiyyət Materials 24 May 2008 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may /müx. TrendLife Safura

Türkiyyədən Azərbaycana təşrif buyurmuş müğənni Cingiz Kurdoğlu əvvəlcə media işçilərini başına toplayıb, onların suallarını cavablandırdı. Ürəyi dolu olan mətbuat işçiləri müğənini çox yormaq istəsələr də Kurdoğlu hələ konsertdə oxuyacağını yada salıb, onu çox yormamağı xahiş etdi. Mətbuat konfransında Kürdoğlunun Bakıya gəlməsinə səbəb olan Elçin Hüseynov da iştirak edirdi. KİV nümayəndələri hər iki sənətçiyə sual-cavab zamanı maraqlı yeniliklərin şahidi oldular. Sən demə Elçin ilə Kurdoğlunun duet ifalarından ibarət diski hazırlanır. Bundan başqa ikinci dəfə Azərbaycana gələn müğənni burada klip çəkəcəyini də söylədi. Elçinin bu gün keçiriləcək toyu ilə bağlı suallar da araya gəldi. Türk sənətçisindən niyə ailənizi toya gətirməmisiniz soruşanda,o hamısının adından "burda mən iştirak edirəm"söylədi. Özünün tək yox ansanblı ilə birlikdə Bakıya gəldiyini deyən, müğənni bu yaxınlarda qızının toyunda da Elçini ansanblı ilə birlikdə görmək istədiyini bildirdi. Elçinin toyuna hansı məbləğə gəldiyini soruşanda o, yalnız ansanblının yol və zəhmət xərcinin ödənildiyini dedi.

"Flaminqo" restoranında keçirilən mətbuat konfransından sonra, elə həmin məkanda konsert başladı. Aparıcı Azər Axşam qonaqları salamlayaraq, ilk olaraq səhnəyə Elçin Hüseynovu dəvət etdi. Lakin Elçin səhnəyə çıxmazdan əvvəl səsgücləndiricilər söndü. Az keçmədi ki, hər şey qaydasına düşdü və Elçin ifaya başladı. Bir neçə mahnıdan sonra Kürdoğlu da səhnədə göründü. Gözləməyə dəyərmiş. Dinləyicilərin yerlərində rəqsi, həvəs ilə əl çalması razılıq əlaməti idi. Kürdoğlunu Azərbaycanlılar ilə çox gözəl dil tapmışdı. Konsertin adının niyə "Son gecə" olmasını sona saxlayan sənətçilər, konserti bu gün toyu olan Elçinin subaylığının son gecəsinə həsr etdiyini açıqladılar. Bakılı pərəstişkarlarından razı qalan Kürdoğlu, bizə tez tez qonaq gələcəyini söylədi. Daha bir türk sənətçisi Azərbaycana gəldi, gəzdi, gördü və vuruldu.

Xəbər lenti

Xəbər lenti