...

Azərbaycanın futbol üzrə yığma komandası heç-heçə oynayıb

Cəmiyyət Materials 2 İyun 2008 10:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın 19 yaşlı futbolçulardan ibarət yığma komandası dünən beynəlxalq yoldaşlıq görüşündə heç-heçə (0:0) edib. Yığma komandanın oyunçuları Özbəkistanın 19 yaşlılardan ibarət komandası ilə görüşüblər.

Azərbaycan yığma komandası üç gün əvvəl də Özbəkistan millisi ilə qarşı-qarşıya gəlib. Həmin oyun 2:0 hesabı ilə özbəkistanlı futbolçuların qələbəsi ilə başa çatıb. Hər iki oyun Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilib.

19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Yaşar Vahabzadədir. Azərbaycanın müxtəlif yaş qruplarından olan milli komandalara ümumi nəzarət əsas yığma komandanın baş məşqçisi olan almaniyalı Berti Foqtsun əlindədir.

Xəbər lenti

Xəbər lenti