...

Bakıda Puşkinin ad günü qeyd olunacaq

Cəmiyyət Materials 4 İyun 2008 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun /TrendLife müx. Fərid Sadıqov/

İyunun 6-da görkəmli rus şairi A.S.Puşkinin anadan olmasının 209-cu ildönümüdür. Puşkin ad günü ilə əlaqədar Azərbaycan paytaxtında da tədbir keçiriləcək. Tədbirin təşkilatçıları Səbail Rayon İcra Hakimiyyəti və Bakıda fəaliyyət göstərən "Sodurujestvo" Cəmiyyətidir.

Səbail Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin əməkdaşı Elşad Abdullayev TrendLife-a bildirib ki, tədbir iyunun 6-da saat 10.00-da Puşkinin Bakıdakı heykəlinin qarşısında keçiriləcək. Mərasimdə ədəbiyyat və mədəniyyət nümayəndələri, Rusiyanın Azərbaycandakı səfirliyinin təmsilçləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti