...

Xatirə İslam özünə güvənənləri meydana səslədi

Cəmiyyət Materials 6 İyun 2008 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun /TrendLife müx. Günel Əhmədova/

Xalq artisti Habil Əliyevin müğənni Xuraman Şuşalı və Xatirə İslam haqqında fikirləri sənətçiləri əməlli silkələyib. Kaman ustadının iradlarına hörmətlə yanaşan Xuraman Şuşalı məsələyə TrendLife-da aydınlıq gətirmişdi.

Xatırladaq ki, H.Əliyev soyadının yanında tanınmış sənətkarın adını hallandıran Xatirədən də danışaraq, bildirib ki, bu addımı o, sənətə görə deyil, öz reklamlarına görə edib: "İslam Rzayevin öz adını Xatirəyə verməsini mən düzgün addım hesab etmirəm. Həmin söhbətə görə mən o vaxtlar İslamdan incimişdim. Bunu İslam özü də bilirdi. İş elə gətirdi ki, İslam dünyasını dəyişdi. Atasını, soyadını danan adam, muğamı necə qoruyacaq?! İslam Rzayevin Xatirədən də layiqli tələbələri olub. Lakin onlar heç vaxt adının qarşısında onun adını yazmayıb. Çünki onlarda sənət var. Hansı ki Xatirədə yoxdur. İndi kim necə bacarırsa, o cür də özünü reklam edir. Biri yarıçılpaq, geyimə oxşamayan ibasları ilə, digəri cürbəcür tərbiyəsiz danışıqları ilə".

Mövqeyini TrendLife-da bildirən Xatirə İslam Habil müəllimin fikirləri ilə razılaşmadığını söylədi:

"Mən səsimə güvənirəm və istənilən saatda səhnəyə çıxıb həm estrada, həm də muğam oxuya bilərəm. Düzdür, mənə İslam mənim adından istifadə etdiyim irad tutulur. Bunu Habil müəllimdən öncə də deyənlər olub. Lakin mən bu mövzunu özümə dərd etmək fikrində deyiləm. Ona görə ki, səsimə güvənirəm. Hansı estrada ifaçısı muğamları mənim kimi ifa edə bilir? Heç kim. Bu sahədə özümə rəqib görmürəm. Əgər kimsə idda edirsə, ortaya çıxsın".

Xəbər lenti

Xəbər lenti