...

"O olmasın, bu olsun"-yenidən qayıdır

Cəmiyyət Materials 9 İyun 2008 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" tamaşası Musiqili Komediya Teatrının səhnəsində canlanacaq. TrendLife-ın verdiyi xəbərə görə, tamaşanın rejissoru Cənnət Səlimovadır. Bu artıq onun ikinci dəfə görəcəyi işdir. Belə ki, o, 1998-ci ildə həmin tamaşanı Musiqili Komediya Teatrının səhnəsində qoymuşdur. O vaxt tamaşa "Məşədi İbad" adlanırdı. Müzikl üzərində rejissor Nazim Hacıəlibəyov, Ziya Bağırov, əməkdar rəssam İsmayıl Məmmədov, baletmeystr Zakir və Yeganə Ağayeva, xormeystr Vaqif Məstanov işləyəcək. Rollarda əməkdar artist Ramiz Məmmədov, İnarə Babayeva, Fərid Əliyev, Afaq Bəşirqızı, Arif Quliyev və başqaları çıxış edəcək.

"O olmasın, bu olsun" tamaşası ilk dəfə 1913-cü ildə Müslim Maqomayev, . 1942-ci ildə Şəmsi Bədəlbəyli, 1954-cü ildə Soltan Şərifov tərəfindən qoyulmuşdur.

Xəbər lenti

Xəbər lenti