...

Azərbaycanın futbol klubu braziliyalı futbolçuları gözləyir

Cəmiyyət Materials 10 İyun 2008 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycan Premyer-Liqasının iştirakçısı olan Qəbələnin "Qəbələ" komandası braziliyalı legionerlərin baxışdan keçmək üçün ölkəyə gəlməsini gözləyir. Bu barədə çərşənbə axşamı Trend-News-a klubun baş məşqçisi Ramiz Məmmədov məlumat verib.

Mövsüm bitən kimi növbəti çempionatda daha yaxşı çıxış etmək məqsədilə güclü transferlər edən "Qəbələ" futbol klubu artıq Kənan Kərimov, Fərrux İsmayılov, Junivan Suares və Qoqa Beraya kimi oyunçularla müqavilə imzalayıb.

"Yerli transferləri demək olar ki, bitirmişik. Fikirlərimizi xarici bazara çevirmişik. Bir neçə braziliyalı futbolçunun baxışdan keçmək üçün Azərbaycana gəlməsini gözləyirik" deyə Məmmədov əlavə edib.

Bakının "Neftçi" klubunun gürcü yarımmüdafiəçisi Georgi Adamiyanın da "Qəbələ"yə keçəcəyi haqda şayiələrin həqiqəti əks etdirmədiyini deyən Məmmədov transfer çalışmalarını plan üzrə həyata keçirdiklərini qeyd edib.

Məmmədov 2006-cı ilin sonundan "Qəbələ" futbol klubunun baş məşqçisidir. O, bu vəzifədə Faiq Cabbarovu əvəzləyib.

"Qəbələ" futbol klubu ötən mövsüm Premyer-Liqada 6-cı pilləni tutaraq tarixinin ən yaxşı nəticəsini əldə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti