...

Azərbaycan Premyer-Liqasının ən güclü futbolçularının adları müəyyənləşib

Cəmiyyət Materials 10 İyun 2008 12:16 (UTC +04:00)
Azərbaycan Premyer-Liqasının ən güclü futbolçularının adları müəyyənləşib

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın 2007/08-ci il Premyer-Liqasının ən güclü futbolçularının adları müəyyənləşib. Trend-News-un 15 gün ərzində keçirdiyi sorguya əsasən, Azərbaycan Premyer-Liqasında iştirak etmiş futbolçulardan dördü xüsusilə fərqlənib.

Agentliyin internet səhifəsində yerləşdirilən "Azərbaycanın futbol üzrə 2007/08-ci il mövsümündə ən yaxşı futbolçuları kimlərdir?" sorğusunda hər mövqedən 3 oyunçunun adları verilib.

Ən yaxşı qapıçı nominasiyasına Bakının "Olimpik" futbol klubunun qolkiperi Rauf Mehdiyev (8,06%) layiq görülüb. O, sorğuda ən yaxşı qapıçılar bölməsində yer alan Lənkəranın "Xəzər-Lənkəran" klubunun qapıçısı Dmitri Kramarenko (5.93%) və Bakının "Neftçi" klubunun qolkiperi Vladimir Miçoviçi (2.54%) üstələyib.

Rauf Mehdiyev mövsüm ərzində qapısından cəmi yeddi top buraxıb. Bu, dünyanın ən yaxşı ikinci göstəricisidir.

Ən yaxşı müdafiəçi nominasiyasında isə Bakının "Neftçi" klubunun arxa xətt oyunçusu Rəşad Sadıqov qalib gəlib (17,37%). O, digər həmkarları - paytaxtın "Olimpik" klubunun müdafiəçisi Tərlan Əhmədov (5.08%), "Xəzər-Lənkəran"nın müdafiəçisi Radomir Todorovu (2.14%) qabaqlayıb.

Ən yaxşı yarimmüdafiəçi adını Bakının "Neftçi" klubunun gürcüstanlı legioneri Georgi Adamiya alıb. Legioner futbolçu 24,14 faiz səs toplayıb. O, digər yarımmüdafiəçilər - "Olimpik" klubundan Fabio Luis Ramim (15.24%) və "İnter"dən Mahmud Qurbanovu (8.06%) qabaqlayıb.

Azərbaycan Premyer-Liqasının bu mövsümünün bombardiri olan Xaqani Məmmədov isə ən yaxşı hücumçu adını qazanıb. Bakının "İnter" klubunun forvardı 4,68 faiz səs toplayıb.

Branimir Subaşiç (Neftçi - 4.23%) və Junivan Suares (Olimpik- 2.54%) "bankirlər"in hücumçusundan geri qalıb.

Xaqani Məmmədov Premyer-Liqada rəqib qapılarından 19 top keçirib.

Sorğuda 2481 nəfər iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti