...

"Xəzər-Lənkəran" klubunun Hakan Şükürü transfer etməyə yaxın olduğunu futbolçunun atası da təsdiqləyib

Cəmiyyət Materials 18 İyun 2008 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun Türkiyənin "Qalatasaray" klubunun məşhur futbolçusu Hakan Şükürü transfer etməyə yaxın olduğunu hücumçunun atası Sərvət Şükür də təsdiqləyib. "Mən Hakan Şükürü yetişdirən məşqçi Coşkun Dəmirbakanın meneceriyəm. Bir neçə gün əvvəl Hakanın atası Sərvət Şükürlə telefon vasitəsilə əlaqə saxladım. O, oğlunun "Xəzər-Lənkəran"a transfer olunacağını bildirdi. Sərvət Şükür məndən xahiş etdi ki, Hakanın məşqçisi olan Dəmirbakanın Azərbaycanda məşqçilik karyerasını davam etdirməsi üçün əlimdən gələn köməyi edim", - çərşənbə günü Trend -a "Bakı-Türk futbol məktəbi"nin direktoru, Türkiyə yığma komandasının keçmiş baş məşqçisi Mustafa Dənizlinin və başqa bir neçə tanınmış məşqçinin meneceri olan Yusuf Uncular deyib.

Trend -un arayışı: Türkiyə futbolunun ən böyük ulduzu hesab olunan Hakan Şükürün "Xəzər-Lənkəran"a transfer olunacağı ilə bağlı xeyli müddətdir ki, söz-söhbət gəzir. Son günlər məşhur futbolçunun özünün də, karyerasını Azərbaycanda davam etdirmək istəyində olduğu bildirilsə də, meneceri bu variantın baş tutmaq ehtimalının az olduğunu deyib.

Uncular deyib ki, Hakan Şükürün "Xəzər-Lənkəran"a keçidini onun ailəsi və yaxınları da istəyir. "Qalatasaray"lı futbolçu bura gəlsə, mən onun şəxsi məşqçisinə görə Azərbaycandakı klublarla danışıq aparmalıyam. Hakanın məşqçisinin Azərbaycanda çalışması futbolçunun özü üçün də yaxşı olar. Bunu onun atası da istəyir" - deyə türkiyəli menecer bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti