...

Moskva Dövlət Universitetinin Bakı filialına keçid balı yüksək olacaq – Dövlət Komissiyası

Cəmiyyət Materials 20 İyun 2008 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun/ Trend , müxbir C.Babayeva/ Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olmaq üçün keçid balı Azərbaycanın ali məktəblərinin keçid balından (250-300) yüksək olacaq. Bu barədə cümə günü Bakıda jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Trend -un arayışı: Azərbaycan prezidenti yanvarın 15-də Bakıda Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin açılması barədə sərəncam imzalayıb. Filial 2008-2009-cu tədris ilində fəaliyyət göstərməyə başlayacaq.

Abbaszadənin sözlərinə görə, Azərbaycanda xarici ali məktəblərə qəbul zamanı yalnız 500-dən yüksək bal toplayanlar həmin ali məktəblərdə təhsil almaq hüququ qazanır. "Lakin Bakı filialının universitet olmadığını nəzərə alaraq keçid balı 400-450 ola bilər. Keçid balının müəyyənləşməsi ilə bağlı hələlik rəsmi razılaşmalar əldə olunmayıb", - deyə o bildirib.

Komissiya sədrinin qeyd etdiyi kimi, MDU-nun Bakı filialına müsabiqənin hansı formada keçiriləcəyi Rusiya tərəfindən asılıdır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti