...

Rusiya yığması Euro-2008 çempionatının yarım finalına çıxdı

Cəmiyyət Materials 22 İyun 2008 03:54 (UTC +04:00)
Rusiya   yığması  Euro-2008  çempionatının   yarım   finalına   çıxdı

Azərbaycan, Bakı, 22 iyun / Trend / İsveçrənin Bazele şəhərinin "Sankt-Yakob Park" stadionunda futbol üzrə Avropa çempionatının dörddə bir finalının Rusiya və Qollandiya yığmaları arasında oyun baş tutmuşdur.

Rusiya komandasının tərkibində İqor Akinfeev ( qapıçı ), Serqey İqnaşeviç , İvan Saenko, Andrey Arşavin , Serqey Semak (kapitan), Konstantin Zıryanov , Yuriy Jirkov, Roman Pavlüçenko , İqor Semşov , Aleksandr Anukov çıxış edirdilər .

Hollandiya yığmasının tərkibində isə Edvin Van der Sar ( qapıçı , kapitan), Andre Oyer , Yoris Mateysen , Djovanni Van Bronxorst , Orlando Enqelar , Rud Van Nistelroy , Uesli Snayder , Naydjel de Yonq , Dirk Kuyt , Xalid Bulaxruz , Rafael Van der Vart çıxış edirdilər .

Baş hakim ї Lüboş Mixel ( Slovakiya ).

56-cı dəqiqədə Serqey Semakdan ötürmə alan Roman Pavlüçenko fərqləndi . 1:0 Rusiyanın xeyrinə .

86-cı dəqiqədə Hollandiya yığması hesabı bərabərləşdirdi . Cavab qolunu Rud Van Nistelroy vurdu 1:1.

Əlavə olunmuş ikinci taymda 112-ci dəqiqədə Edvin Van der Sarın qapısına qolu Dmitriy Torbinskiy vurdu ї 2:1.

116-cı dəqiqədə Andrey Arşavin fərqləndi .

Beləliklə Rusiya Hollandları 3:1 hesabı ilə udaraq tarixdə birinci dəfə Avropa çempionatının yarım finalına düşdü .

Xəbər lenti

Xəbər lenti