...

BMT-nin Uşaq Fondu Azərbaycan hökumətini uşaq hüquqlarının qorunması sahəsinə investisiya ayırmağa çağırır

Cəmiyyət Materials 23 İyun 2008 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir İ.Əlizadə/ BMT-nin Uşaq Fondu (YUNİSEF) Azərbaycan hökumətini uşaq hüquqlarının qorunması sahəsinə investisiya ayırmağa çağırır. "Azərbaycan hökuməti uşaq və gənclər sahəsinə əsasəlı investisiya ayırmalıdır", bazar ertəsi Azərbaycan parlamentində "Uşaqlar uçün büdcə siyasəti və investisiyalar" mövzusunda keçirilən konfransda çıxışı zamanı YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Xanna Sinqer bildirib.

Trend -un məlumatına görə, bazar ertəsi parlamentdə MDB ölkələrinin büdcələrində sosial və uşaqlar sahəsinə ayrılan invesitisiyalarla bağlı aparılan təhqiqatın nəticələri açıqlanıb. Təhqiqat nəticəsində məlum olub ki, MDB və Balkan ölkələrində demoqrafik vəziyyət və sosial xidmət hər il daha da pisləşir və bu, sosial sahəyə az investisiya qoyulması ilə bağlıdır. Təhqiqatda qeyd olunub ki, belə bir vəziyyət daha çox uşaqlar və gənclər üçün təhlükə yaradır.

YUNİSEF nümayəndəsi bildirib ki, Azərbaycan hazırda neft satışından böyük miqdarda gəlir əldə edir, ancaq Azərbaycanın gələcəyi üçün əsas gəliri uşaqlardır və hökumət uşaqların problemlərinin həllini diqqətdə saxlamalıdır. Sinqer vurğulayıb ki, Azərbaycan hökumətinin uşaqların hüquqlarının təmin olunması üçün təhsil və səhiyyə sahəsinə daha çox investisiya ayırmaq imkanı var.

Milli Məclis sədrinin birinci müavini Bahar Muradova isə bildirib ki, Azərbaycan hökuməti və parlamenti son illər uşaqların və qadınların rastlaşdıqları problemlərin həllinə daha çox diqqət ayırmağa başlayıb.

Parlamentin Sosial-siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli qeyd edib ki, Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin prioritet istiqamtlərindən biri uşaq hüquqlarının qorunması və onun təmin olunmasıdır. Onun sözlərinə görə, son bir neçə ildə həyata keçirilən işlər nəticəsində Azərbaycanda hər 10 min nəfərə düşən əlil üşaqların sayı 55 nəfərdən 46 nəfərə qədər azalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti