...

Bakıda məni sevsələr də dəvət etmirlər…-Azərbaycanın xalq artisti Tamilla Mahmudova

Cəmiyyət Materials 23 İyun 2008 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /TrendLife müx. Eldar Hüseynzadə/

Azərbaycanın xalq artisti, Rusiyanın əməkdar artisti Tamilla Mahmudova bu yaxınlarda Bakıya gəlib. O, gözəl və təkrarolunmaz pianoçudur. Uzun müddətdir ki, Moskvada yaşayır. TrendLife onunla müsahibəsini sizin nəzərinə çatdırır.

-Müsahibəmizi belə bir sualla başlamaq istərdik. Gəlişinizin əsas məqsədi hansı xarakter daşıyır?

-Çərşənbə günü Azərbaycanın tanınmış musiqiçiləri haqqında yazdığım məqalələrin toplandığı "Seçilmiş əsərlər" adlı yeni kitabımın təqdimatını keçirmək niyyətindəyəm. Bu layihəni Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun üç üzvünün sayəsində həyata keçirmişəm. Onlara dərin minnətdarlığımı bildirirəm. O vaxtlar Moskvada yeganə Azərbaycan musiqiçi demək olar ki, mən idim. Qara Qarayevin ölümündən sonra "Sovetskaya kultura" qəzeti, onunla bağlı təəssüratlarımı yazmağı xahiş etmişdilər. Bu yaxınlarda isə müəllimim Yakov Zak haqqında məqalə yazmağı tapşırdılar. Deyə bilmərəm ki, yazıları çox asanlıqla yazıram, amma həmin insanları olduqları kimi oxuculara təqdim etməyə çalışıram. Bu mənim insani borcumdur. Bu vaxta qədər olan Arif Məlikov, Qara Qarayev, Fikrət Əmirov, Rauf Abdullayev Emin Sabitoğlu, Lütfiyar İmanov haqqında yazılarımı indiki kitabımda dərc etdirmişəm.

-Bu sizin ilk kitabınızdır?

-İlk və son. Mən qəsdən nəsə yazmaq istəmirəm. Çünki buna vaxtım yoxdur. Yaşımın müəyyən qədər olmasına baxmayaraq, konsertlərim olur, müəllimlik fəaliyyətimi davam etdirirəm. Əlbəttə ki, nəsə yazmaq olar. Lakin yazdığı hər bir məqaləyə görə, müəllifin İsveç bankında mütləq müyyən məbləği olmalıdır. Moskvada təqdimat mərasimi çox yaxşı keçdi. Konservatoriyanın nümayəndələri, iki prorektor, səfir Polad Bülbüloğlu iştirak etdilər. Nədənsə buradakı təqdimata görə, çox həyacanlanıram.

-Çünki öz tamaşaçılarınız daha da tələbkardır?

-Ola bilər. Bundan əlavə doğma Azərbaycanım mənə çox şey verib. Mən xalq artisti, prezident təqaüdçüsü, "Şöhrət" ordeni mükafatçısıyam.

-Bakıya qayıtmağı düşünmürüsmünüz?

-Məni həmişə Bakıda seviblər. Burada işlməyə isə heç kim dəvət etməyib. Mən elə insanlardan deyiləm ki, Moskvanı tutub durum. Sadəcə olaraq öz işimi çox sevirəm. Aspiranturada oxuduğum vaxtlarda belə xaricdə qastrollara gedirdim. 35 ölkədə konsert proqramı ilə çıxış etmişəm. Bakıda da böyük məmnuniyyətlə mənim konsertlərimə gəlirdilər. Heç kim də mənə "nə səbəbdən Moskvaya gedirsən" sualını verməyib.

-Sizcə səbəb nə idi?

-Bilmirəm! Sonradan Fərhad Bədəlbəyli peyda olandan aydın oldu ki, konservatoriya professor, filarmoniyaya solist lazımdır. Murad Adıgözəlzadə, Murad Hüseynov kimi gözəl pianoçular var. Lakin o vaxtlar mən tək olanda mənə heç bir dəvətlər olmayıb.

-Belə münasibət sizin qəlbinizə dəyirdi?

-Demək olmaz ki, qəbimə dəyirdi, sadəcə kədərlənirdim. Uşaq nağılı var o yadıma düşdü. "Mən sizi sevirəm, hörmət edirəm, quyruğunuzdan tutub, sizi yola salıram". Məni də Bakıda sevirlər, hörmət edirlər, amma gedəndə quyruğumdan tutub, yola salırlar. O vaxtlar məni xüsusi olaraq dövlət konsertlərindən çıxış etmək üçün dəvət edirdilər.

-Bu günkü pianoçuların səviyyəsini necə qiymətləndirirsiniz?

-Bunun üçün mən xüsust imtahanlarda oturmalıyam. Amma heç buna da dəvət etmirlər. Ayrı-ayrılıqda deyə bilərəm ki, Fərhad, Murad Adıgözəlzadə, Murad Hüseynov yaxşı piano ifaçılarıdır.

-Xaricdə konsert verdiyiniz zaman azərbaycanlı bəstəkarlarının əsərlərini ifa edirsiniz?

-Əlbəttə.

-Deyilənlərə görə siz 11 yaşınızdan müəllimlik etmisiniz.

-Bu atam rəhmətə gedəndən sonra idi. Anam işsiz idi. Mən dərslər verirdim. Tələbələrimin biri pul vermək əvəzinə bizə ət verirdi...(gülür).

-Bəs, 11 yaşında sizi müəllim kimi necə qəbul edirdilər?

-Normal. 70 illik yubileyim olanda, mənə yaşlı bir qadın yaxınlaşıb soruşdu: "Məni tanıdın?". Sən demə o, mənim altı yaşlı tələbəm imiş. Bundan əlavə mən Zərifə xanım Əliyeva ilə də məşğul olmuşam. O, məndən səkkiz yaş böyük idi. Mənim rəhbərliyimlə fortepiano ilə məşğül olurdu. Bununla fəxr edirəm.

-Siz bir çox xarici ölkələrdə olmusunuz. Bəzilərində isə yeganə siz olmusunuz ki, Sovet İttifaqını təmsil etmisiniz...

-Bəli. Bir çox yadda qalan təssuratlarım var. Birləşmiş Ərəb Əmirliklərində mən SSRİ tərəfindən ilk artist idim. O çıxışımın video yazısı məndə durur. Həmin konsertə şəhzadənin varisi, diplomatlar gəlmişdilər. "Küçələrə su səpmişəm" mahnısını ifa etmişdim. Mən bütün qastrollarda söyləmişəm ki, Sovet İttifaqında müsəlman ölkəsini təmsil edirəm.

-Mətbuatda həmişə sizi tərifləyirlər. Nə vaxtsa tənqid ediblər?

-Olub. Hindistanda iki dəfə olmuşam. Birinci dəfə nümayəndə heyətinin tərkibində, ikinci dəfə isə konsert verməyə getmişəm. İkinci dəfə gedəndə çox çətinlik ora gedib çıxmışdım. Çox yorulmuşdum. Məşq etməmiş, səhnəyə çıxdım. Konsert normal başladı, sonra isə ifamda bəzi səhvlərə yol verdim. Düşündüm ki, onsuzda başa düşmürlər. Sən demə konsertdə çoxlu musiqişünaslar oturubmuş. Səhəri günü qəzetlərdə mənimlə bağlı tənqidi yazılar çıxdı.

-Gözəl görünürsünüz. Bunun sirri nədədir?

-Məni utandırmayın. Yaşımı vermək olar mənə. Qızım hesab edir ki, platik əməliyyat etdirim, lakin mən bunu istəmirəm. Axı, üzümlə yox, əlimlə işləyirəm. Görünməyindən asılı olmayaraq, əgər ifa edə bilmirsənsə, deməli sənə heç nə kömək etməz.

-İndi də səhnəyə çıxanda həyacanlanırsınızmı?

-Əlbəttə. Nəinki həyacanlanıram, belə demək olarsa ölürəm.

Xəbər lenti

Xəbər lenti