...

İzmirdə Azərbaycan Mədəniyyət Mərkəzinin birinci ümumi toplantısı keçirilib

Cəmiyyət Materials 29 İyun 2008 19:01 (UTC +04:00)

Türkiyə, Ankara, 29 iyun / Trend müxbir T.Əliyev/ İzmirdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birinci ümumi toplantısı keçirilib. Mərkəzdən Trend -un xüsusi müxbirinə verilən məlumata görə, toplantıda Qurumun Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına qoşulması haqqında qərar, Nizamnamədə dərnəyin rəhbərliyi ilə bağlı dəyişiklik edilərək, İdarə heyətinin üzvlərinin sayı 11-ə çatdırılması, Mədəniyyət Mərkəzinin bütün fəaliyyətlərinin 28 nəfərin bərabər hüquqa malik olacağı Məşvərət Məclisinin qərarları ilə həyata keçirilməsi qərarlaşdırılıb.

Azərbaycan Mədəniyyət Mərkəzi 1992-ci ildən İzmirdə fəaliyyət göstərir. Qurum Azərbaycan mədəniyyətini İzmirdə tanıtmaq məqsədini güdür. Bu çərçivədə Azərbaycanın milli bayramları və əlamətdar günləri ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bu il Mərkəz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyi münasibəti ilə tədbirlər təşkil edib.

Xəbər lenti

Xəbər lenti