...

Sərdar Ortac Baloğlan Əşrəfovdan daha bir mahnı istəyib

Cəmiyyət Materials 1 İyul 2008 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /TrendLife müx. Günel Əhmədova

Azərbaycanlı müğənni Baloğlan Əşrəfovun "Nədəndir" adlı mahnısını repertuarına qatan türkiyəli sənətçi Sərdar Ortac yenidən ona müraciət edib. B.Əşrəfovun TrendLife-a bildirdiyinə görə, bir müddət əvvəl hər iki sənətçinin telefon bağlantısı olub. Türkiyəli Sərdar Ortac onun daha bir mahnısını oxumaq istəyində olduğunu bildirib.

Baloğlan müəllimin əlavəsinə görə, yarım saata yaxın davam edən telefon danışığı zamanı o, Sərdar Ortacın təklifini bəyənərək ona repertuarındakı digər mahnılar barədə məlumat verib. Azərbaycanın musiqilərinə heyran olduğunu dilə gətirən türkiyəli sənətçi yaxın aylarda Bakıya səfər edəcəyini də bildirib. Əlavə edib ki, onun payız aylarında paytaxt Bakıda növbəti konsert proqramı təşkil olunacaq. O ərəfədə Baloğlan müəllimlə yenidən görüşməyi istəyən S.Ortac həmin tarixə kimi növbəti mahnını lentə yazdırmağı düşünür.

B.Əşrəfovun dediyinə görə, söhbət onun repertuarını internet vasitəsi ilə Türkiyəyə göndərməyin üzərində dayandırılıb. Hazırda Sərdar Ortacın oxu üslubuna yaxın olan mahnıların üzərində seçim edən B.Əşrəfov ona 5 yaxud, 6 mahnı göndərmək niyyətindədir.

Yerli müğənnidən "Sərdar Ortacın repertuarından oxumaq istəmirsiniz"? - sulaına belə cavab aldıq:

"Əslində bu barədə düşünməmişəm. Amma pis olmazdı. Qərar vermədən öncə onun mahnıları ilə yaxından tanış olmalıyam. Bəlkə mənim oxu tərzimlə həmin mahnıların arasında uyğunsuzluq var. Amma ümid edirəm ki, belə bir arzum olarsa, problem yaranmayacaq".

Söhbəti zamanı Baloğlan Əşrəfov müğənni Rəqsanənin onun repretuarından oxumaq istəyinin də qüvvədə qaldığını söylədi. Əlavə etdi ki, bu barədə bir neçə ay öncə Rəqsanə ona müraciət edib. Lakin ana olmaq ərəfəsində olan müğənni həmkarına telefon açaraq bu işin bir qədər dondurulmasını ondan xahiş edib.

Xəbər lenti

Xəbər lenti