...

Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandası dünya çempionatında iştirak edəcək

Cəmiyyət Materials 2 İyul 2008 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandası Almaniyanın Brandenburq şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidməti məlumat verib.

İyulun 17-də startı veriləcək dünya çempionatında 23 yaşadək idmançılar mübarizə aparacaqlar. Dörd gün davam edəcək dünya çempionatında Azərbaycanı beş avarçəkən təmsil edəcək. Azərbaycanın akademik avarçəkmə üzrə yığma komandasının baş məşqçisi Samir Məmmədovdur.

Akademik avarçəkmə üzrə dünya çempionatında 40 ölkədən 600-ə yaxın idmançının mübarizə aparacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti