...

Azərbaycan filmlərinin ilk məlumat-sorğu toplusu hazırlanır

Cəmiyyət Materials 6 İyul 2008 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyul / Trend müxbir A.Əliyev/ Dövlət Film Fondu Azərbaycan filmlərinin ilk məlumat-sorğu toplusunu nəşrə hazırlayır. Bu barədə Dövlət Film Fondunun direktoru Cəmil Quliyev məlumat verib. O bildirib ki, topluda son 8 ildə Azərbaycanda istehsal olunan bədii, sənədli və cizgi filmləri haqqında məlumatlar əks olunacaq.

Bülletendə 3 mindən çox sənədli film və film istehsal edən şirkətlər haqqında da bilgi yerləşdiriləcək. Filmlərin istehsal ili, formatı, növü, rejissoru, operatoru, ssenari müəllifi barədə də topludan məlumat almaq olar.

Cəmil Quliyev deyib ki, kino bülleteni yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək. Bülletenin dövri nəşri də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti