Azərbaycan, Bakı, 08 iyul /TrendLife müx. Nigar Musayeva/
Bəstəkar Xanım İsmayılqızı 6-7 ay bundan əvvəl "Sevgi ağacı" adlı yeni mahnı bəstələsə də nədənsə həmin mahnı nadir hallarda radio dalğalarında səslənib. "Çünki istər radio istər televiziya bu və ya digər mahnını efirə buraxmaq üçün pul tələb edir. Belə olmazsa, sənin mahnını heç vaxt geniş tamaşaçı auditoriyasına təqdim olunmayacaq. Çox heyfslənirəm. Mahnı çox gözəldir. Məncə bu mahnı hit ola bilərdi".
Hazırda isə bəstəkar gənc müğənnilərlə işləyir.