Azərbaycan, Bakı, 18 iyul / TrendLife, müxbir Şahin Cavadsoy/
Xalq artisti Rafael Dadaşov, yenidən kameralar önünə keçməyə hazırlaşır. Bu dəfə isə aparıcı kimi. TrendLife-a danışan xalq artisti, nə səbəbdən belə niyyətə düşməsinə aydınlıq gətirib: "Diqqətli tamaşaçılar bilirlər ki, mən "Rafael dəvət edir" adlı müəllif proqramı ilə illər öncə özəl tele-kanalların birində onların görüşünə gəlirdi. Sonradan həmin tele-kanal bağlandığından, mən də layihəmi dayandırmağa məcbğur oldum. İndi daha bir özəl tele-kanalladan veriliş aparmaq təklifi almışam. Deyim ki, adla bağlı dəyişiklik etmək fikrim yoxdur. Amma "Rafael dəvət edir"proqramı bu dəfə sırf gözdən uzaq düşmüş sənətçilərin, xüsusilə əyalətdə yaşayan aktyorların acınacaqlı yaşam tərzini əks etidirəcək. İnanın rayon teatrlarında yaşayan aktyorlar çox az məvaciblə günlərini keçirirlər. Buna baxmayaraq, sənətə olan hədsiz sevgiləri onları səhnəyə bağlayır".
Müəllif layihəsini yeni televiziya mövsümündə tamaşaçılara təqdim etməyə hazırlaşdığını söyləyən Rafael müəllim onu da bildirdi ki, "Rafael dəvət edir" hansısa sponsor şirkətinin maliyyə dəstəyi ilə efirə vəsiqə almayacaq.