...

"İnter" Çempionlar Liqasının təsnifat mərhələsində Serbiyanın "Partizan" klubunu məğlub edə bilməyib

Cəmiyyət Materials 30 İyul 2008 01:18 (UTC +04:00)
"İnter" Çempionlar Liqasının təsnifat mərhələsində Serbiyanın "Partizan" klubunu məğlub edə bilməyib

Azərbaycan, Bakı, 29 iyul / Trend / Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "İnter" - "Partizan" oyunu keçirilib.

Gözlənildiyi kimi görüş olduqca çətin alınıb. Artıq matçın üçüncü dəqiqəsində "İnter" qapısında qol görüb. Bu qolu serbiyalı Miloş Boqunoviç vurub.

Valentin Xodukinin yetirmələri də rəqibin qapısı önündə çoxlu sayda təşlükəli epizodlar yaradıblar. Lakin cavab topunu yalnız matçın 83-cü dəqiqəsində vura biliblər. Qolu öz aktivinə Petar Zlatinov yazdırıb.

Bu komandalar arasında cavab qarşılaşma avqustun 6-da Belqradda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti